Slimfit
  1. MARAQLI

Türklər niyə özlərini tənha hiss edir?

Türklər niyə özlərini tənha hiss edir?
Sakura
:0

Türklər niyə özlərini tənha hiss edir?

Türkiyənin Üsküdar Universitetinin Humanitar və Sosial Elmlər Fakültəsinin "Beynəlxalq Yalnızlıq Simpoziumu"nda İstanbulun yalnızlıq xəritəsi açıqlanıb.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən fakültə rəhbəri Dr. Əbülfəz Süleymanlı İstanbulun 39 rayonunda 18-55 yaş qrupundan olan 300 min nəfərlə görüş keçirildiyini bildirib:

"İstanbulda yaşayan fərqli yaş, cins və sosial siniflərdən olanların təklik qavrayışı araşdırıldı. Araşdırmada iştirak edənlərin tənhalıq səbəbləri öyrənildi. Anketlər və müsahibələrdən sonra İstanbulun tənhalıq xəritəsi hazırlandı. Nəticələr belədir: Tədqiqatda iştirak edənlərin 53%-i özlərini mütəmadi, yaxud ara-sıra tənha hiss etdiklərini, 36%-i isə yalnız qaldıqda özlərini bədbəxt hiss etdiklərini bildirib. Özünü daha yalnız hiss edənlər isə gənclər, subaylar, boşanmış kişilər, kirayədə yaşayan tələbələrdir. 16-24 yaşlı gənclərin 40%-i özünü yalnız hiss etdiyini deyərkən, subayların 24%-i, dul və ya boşanmış kişilərin isə 55%-i özünü tənha hiss etdiyini söyləyir. Bu isə o deməkdir ki, hər iki istanbulludan biri özünü tənha hiss edir".

Ə.Süleymanlı çıxış yolu kimi sosial medianın rolunun azaldılmasını təklif edib:

"İnsanlar özlərini tənha hiss etdikdə internetdə daha çox vaxt keçirir. Tənhalıqla mübarizənin ən doğru yolu sevdiklərinizlə çox zaman keçirməkdir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR