Slimfit
  1. TÜRKİYƏ

Türkiyəyə gedən turistlər vergi ödəyəcəklər

Türkiyəyə gedən turistlər vergi ödəyəcəklər
Sakura

Türkiyəyə gedən turistlər vergi ödəyəcəklər

2019-cu ilin yanvarından etibarən Türkiyəyə gedən əcnəbi turistlər təhlükəsizliyin təminatı üzrə vergi ödəməli olacaqlar. Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunadək əcnəbi turistlər Türkiyədə aeroportların kateqoriyalarından asılı olaraq xidmət vergisi ödəyirdilər.
 
Yenı yığım barədə Türkiyənin Baş Dövlət Aeroportları İdarəsi məlumat verib. İdarə əvvəlcə təhlükəsizlik vergisinin miqdarını 3 dollar məbləğində müəyyən etmişdi. Lakin Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məsələyə müdaxilə etikdən sonra təhlükəsizlik vergisi 1,5 dollara endirilib.
 
Vergi Baş Dövlət Aeroportları İdarəsinin xidmət göstərdiyi bütün aeroportlarda alınacaq. Axtarış-xilasetmə əməliyyatı çərçivəsində və ya humanitar yardım göstərilməsi üçün Türkiyəyə gəlmiş əcnəbilər bu vergidən azad olunur. Bundan başqa, dövlət başçılarını daşıyan özəl təyyarələrin sərnişinləri də təhlükəsizlik vergisi ödəməyəcəklər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR