Dərc edildi: Baxış sayı: 490
Türkiyəyə dəstək veririk - Stoltenberq
İdlibdəki atəşkəs davam edir və əvvəlki günlərə nisbətən gərginliyin azaldığını gördük. Türkiyə buradakı gərginliyə ən çox məruz qalan ölkədir. Bu hadisələr başqa heç bir müttəfiqimizə bu qədər təsir göstərməyib.
Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.
“Türkiyəyə havadan və dənizdən dəstək veririk. NATO daha öncə 5 milyardlıq yardım edib. Türkiyə uzunmüddətli həllin tapılmasında üzərinə düşən vəzifəni yerinə yetirməlidir NATO da bundan sonra üzərinə düşən rolu oynamağa davam edəcək”, - Stoltenberq bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət