Dərc edildi: Baxış sayı: 571
Türkiyənin Siirt bölgəsində neft yataqlarının olması ehtimalı böyükdür
Türkiyənin Siirt bölgəsində qazılan su quyularından götürülən neft qarışıqları müayinəyə göndərilib.
Ərazidə qazıntı işləri bölgənin su təminatını həll etmək məqsədi ilə aparılıb. Quyunun 715 metrliyində əldə olunan mineralların tərkibində karbohidrogen maddələr olduğu aşkarlanıb. Götürülən nümunələr müayinə üçün “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinə göndərilib. Hazırda bölgədəki Eruh rayonunda qazma işləri davam etdirilir. Yaxın bölgələrdə neft yataqları olduğu üçün Siirtdə də karbohidrogen ehtiyatlarının olması ehtimalı böyükdür.
Mənbə: Strategiya.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət