Dərc edildi: Baxış sayı: 394
Türkiyənin Roketsan şirkəti kosmik sərhədləri aşdı
Roketsan şirkəti böyük uğura imza ataraq Türkiyəni kosmos sərhədlərini aşan ölkələr siyahısına daxil edib.
Ens.Az ted.az-a istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər bayramında Roketsanın peyk buraxılışı, həmçinin Kosmik sistemlər və qabaqcıl texnologiyalar araşdırma mərkəzi ilə partlayıcı maddə istehsalı müəssisəsi kimi mühüm layihələr üzərində çalışdığını bildirib.
R.T.Ərdoğan həmçinin qeyd edib ki, milli texnologiyalar vasitəsilə göndərilən ilk roket kosmos etalonu kimi qəbul edilən 100 km məsafəni keçib. 130 km göstərici ilə şirkət kosmos sərhədlərini aşa biləcək gücdə olduğunu sübut edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət