Dərc edildi: Baxış sayı: 670
Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi
Türkiyənin Milli Müdafiə Nazirliyi 15 sentyabr - Bakının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, nazirliyin rəsmi twitter səhifəsindən yaydığı açıqlamada bildirilir:
“Bu gün Nuri Paşa komandanlığında Qafqaz İslam Ordusunun Bakının düşmən işğalından xilasının 102-ci ildönümüdür. 15 sentyabr 1918-ci ildə Bakının işğaldan qurtuluşunda şəhid və qazi olan əsgərlər ehtiramla yad edirik. Azərbaycanlı qardaşlarımızın bu əlamətdar gününü təbrik edirik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət