Slimfit
  1. AZƏRBAYCAN

Türkiyənin Azərbaycana satdığı raketlər - Düşmənin istənilən obyektini məhv edə bilər

Türkiyənin Azərbaycana satdığı raketlər - Düşmənin istənilən obyektini məhv edə bilər
Sakura

Türkiyənin Azərbaycana satdığı raketlər - Düşmənin istənilən obyektini məhv edə bilər

 

 

Azərbaycan Ordususunun silahlanmasında Türkiyənin də mühüm rolu var. Azərbaycan və Türkiyə dövlətləri arasında hərb sahəsində dərin əlaqələr mövcuddur. Xüsusilə Azərbaycan Türkiyədən uzaq mənzilli raket sisteləri alır.

Femida.az Türkiyədən alınan T-107 və T-122 “Sakarya” reaktiv atəş sistemləri barədə məlumatı təqdim edir:

T-107 və T-122 “Sakarya” reaktiv atəş sistemlərini hələ 2013-cü ildən silahlanmaya daxil edilib.

Qeyd olunan reaktiv atəş sistemlərinin Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin Ordularında silahlanmaya qəbul olunduğu qeyd olunur.
ROKETSAN istehsalı olan 107 mm-lik T-107 reaktiv yaylım atəş sistemi artilleriya və piyada birlikləri tərəfindən hər cür hava şəraitində istifadə edilə bilən silah sistemidir. T-107 ROKETSAN tərəfindən istehsal olunmuş artırılmış mənzilli raketlərdən atəş açır və klassik raketlərdən 50% uzaq – 11 km məsafədəki hədəflərə qarşı təsirli atəş gücünə malikdir.

T-122 “Sakarya” sistemi isə ROKETSAN tərəfindən hazırlanmış 122 mm-lik artırılmış mənzilli raketlərdən atəş açır.
Qeyd edək ki, bir T-122 “Sakarya” sistemi ilə düşmənin 40 km uzaqlıqdan bir taborunun cəmləşmə rayonunu məhv etmək olar.


Bu isə Azərbaycan ordusunun mövcud 9K51 “Qrad” qurğularında tətbiq olunan raketlərin atış məsafəsindən təxminən iki dəfə çoxdur. Ordumuzda, həmçinin ROKETSAN şirkətinin istehsalı olan TR-107 artırılmış mənzilli raketlərdən də istifadə olunur. TR-107 raketlərinin atış mənzili 11 km təşkil edir ki, bu MDV məkanında geniş yayılmış Rusiya və Ukrayna istehsalı olan raketlərin atış mənzilindən 3-4 km çoxdur. TR-107 raketləri atış mənzilinə, dəqiqliyinə və dağıdıcı gücünə görə öz sinfində ən mükəmməl və dünyada qəbul edilən raketlərdən hesab olunur. Qəlpə-fuqas döyüş başlığına sahib olan bu raket uzaq məsafədəki kiçik hədəflərə qarşı da effektiv tətbiq oluna bilir. Raketin ağırlığı 19.5 kq, döyüş başlığı 8.4 kq, döyüş başlığının dağıdıcı radiusu isə 14 metrdir.


Son illərdə Türkiyədən aldığımız dağıdıcı silahlardan biri də 105-130 km-lik TR-300 “Qasırğa” raketləridir. Azərbaycanın Müdafiə Nazirliyinin Türkiyənin ROKETSAN şirkətinə sifariş verdiyi “Qasırğa” komplekslərinin çatdırılmasına 2014-cü ilin sentyabr ayında başlanıb və proses 2016-cı ildə yekunlaşıb. Sistemlərin çatdırılması ilə yanaşı onu idarə edən heyətə müvafiq təlimlər keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR