Slimfit
  1. TÜRKİYƏ

Türkiyəni qızdıracaq daha bir addım atıldı

Türkiyəni qızdıracaq daha bir addım atıldı
Sakura

Türkiyəni qızdıracaq daha bir addım atıldı

Tramp Kennez F. McKenzieni Mərkəzi Qüvvələr Komandanlığının rəhbərliyinə gətirilməsini təklif edib

BAKI, 23 avqust — Sputnik. ABŞ prezidenti Donald Tramp ABŞ və Türkiyə arasındakı gərginliyi daha da qızışdıracaq addım atıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla məlumat verir ki, Tramp "Zeytun Budağı" əməliyyatına qarşı olan ABŞ donanmasının general-leytenantı Kennez F. McKenzieni Mərkəzi Qüvvələr Komandanlığının rəhbərliyinə gətirilməsini təklif edib.

Xatırladaq ki, ABŞ və Türkiyə arasında gərginlik Vaşinqtonun  PKK terror təşkilatının Suriyadakı qolu PYD/YPG-ni silahlandırması ilə başlamışdı.  Həmin vaxt Türkiyə Silahlı Qüvvələri bu addıma qarşılıq olaraq İŞİD, PDY/YPG-yə qarşı müharibəyə başlamış və sərhəd təhlükəsizliyini qorumaq üçün "Zeytun Budağı" əməliyyatını keçirmişdi.

"Zeytun Budağı" əməliyyatı Pentaqon və Ağ Evin diqqətini çəkmiş və ard-arda açıqlamalar verilmişdi. Bu açıqlamalar arasında "Zeytun Budağı" əməliyyatına qarşı ən sərt reaksiya general-leytenant Kennz F. McKenezie tərəfindən gəlmişdi. Belə ki, McKenzie "Zeytun Budağı" əməliyyatının ABŞ-ın Suriyadakı varlığını boşa çıxardığını dilə gətirmiş, Türk Silahlı Qüvvələrinin əməliyyatının onlara və əraziyə zərər verdiyini iddia etmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR