Türkiyəni boyun əydirəcək heç bir dəyər yoxdur - Yazıçı
Belə qəddar, belə alçaqca törədilmiş cinayətin dünyada nümunəsi yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Həyati Yazıçı deyib. O bildirib ki, Türkiyə bu cinayəti dərindən araşdırır:
“Səudiyyə vətəndaşı, dünyaca məşhur jurnalist ölkəsinin konsulluğuna gedir və oradan çıxmır. Sonradan aydın olur ki, bu adam öldürülüb. Konsulluğa girmək və çıxmaqla əlaqədar çətinləşdirilmiş proseduralar var. Həm türk kəşfiyyatı, həm təhlükəsizlik qüvvələri diqqətlə bu prosesi izləyir. Bütün bunların yanında kim nə deyir desin Türkiyə dünyaya barmaq dişlədəcək dərəcədə prosesləri icra edir və dünyanın gözünü bu hadisəyə yönəldir. Ədalət, hüquq, insan və yaşamaq hüququ çərçivəsində həssaslığını davam etdirən Türkiyəni və liderini bu dəyərlər mövzusunda boyun əydirəcək, dəyişdirəcək, deformasiya edəcək heç bir dəyər yoxdur".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət