Slimfit
  1. AZƏRBAYCAN

Türkiyəli nazir Qənirə Paşayevaya mükafat verdi

Türkiyəli nazir Qənirə Paşayevaya mükafat verdi
Sakura

Türkiyəli nazir Qənirə Paşayevaya mükafat verdi

Millət vəkili Qənirə Paşayeva Azərbaycan-Türkiyə münasibətləri, türk dünyası istiqamətində fəaliyyətinə görə Ankarada keçirilən IX Beynəlxalq Buxara Media Mükafatı mərasimində “Türk Dünyası Mədəniyyətinə Xidmət Mükafatına” layiq görülüb.

Axar.az xəbər verir ki, mükafatı millət vəkilinə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu təqdim edib.

Millət vəkili siyasət, iş dünyası, QHT və KİV sahəsində tanınmış şəxslərin, sənət adamları və onlarla tanınmış insanların iştirak etdiyi mərasimdə aldığı mükafata görə təşəkkürünü bildirib:

“Bu mükafatı vətənimiz üçün canını fəda edən qəhrəman şəhidlərimiz və türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə türk gəncliyinə böyük örnək olan, yol göstərən aydınları rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alıram”.

Q.Paşayeva Azərbaycan Parlamentinin və Azərbaycan Xalq Cümhuriyyətində qadınlara seçib-seçilmək hüququnun verilməsinin 100-cü ildönümündə belə bir mükafatı almaqdan qürur duyduğunu deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR