Slimfit
  1. SİYASƏT

Türkiyəli nazir müavini: “Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməlidir”

Türkiyəli nazir müavini: “Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməlidir”
Sakura

Türkiyəli nazir müavini: “Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməlidir”

“Cənubi Qafqaz Asiya və Avropa arasında strateji keçid, zəngin karbohidrogen yataqlarının yerləşdiyi, nəqliyyat dəhlizlərinin keçdiyi strateji məkandır”.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,bunu bu gün BMTM və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran bildirib.

Kıran deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihələri regionun inkişafı üçün önəmlidir: “Ermənistanın işğalçılıq siyasəti regionun inkişafı önündə bir əngəldir. Ermənistan qurulduğu gündən bölgəyə problem yaratmaqdadır. Ermənistan daxili problemlərindən diqqətini yayındırmaq üçün təxribata əl atır. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həlli üçün qərarlı dəstəyi davam etməkdədir. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməlidir. İşğalın indiyə qədər davam etməsi işğalçının mükafatlandırılması anlamına gəlir. Tovuz istiqamətində Ermənistanın təxribatı Ermənistanın regionun inkişafı yönündə əsas mane olduğun ortaya qoyur ”.

Türkiyə Xarici İşlər nazirinin müavini qeyd edib ki, Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun ruhu bu gün də ayaqdadır: “Azərbaycanın Suriya, Aralıq dənizi və digər bölgələrdə dəstəyi bizim üçün önəmlidir”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR