Slimfit
  1. SİYASƏT

Türkiyəli müşahidəçilər: 'Bəzi ölkələr Azərbaycandan dərs almalıdır'

Türkiyəli müşahidəçilər: 'Bəzi ölkələr Azərbaycandan dərs almalıdır'
Sakura

Türkiyəli müşahidəçilər: 'Bəzi ölkələr Azərbaycandan dərs almalıdır'

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müşahidə Missiyasının üzvləri Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı rəylərini açıqlayıblar.

"Report" xəbər verir ki, Missiya üzvləri bu barədə Azərbaycandakı parlament seçkilərinin gedişatı ilə bağlı keçirdikləri mətbuat konfransında məlumat veriblər.

TBMM-in Müşahidə Missiyasının üzvü, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib ki, Azərbaycan vətəndaşları öz istədikləri namizədlər səs verərək onları qalib ediblər: "Biz seçkilərdə qalib gələn namizədləri təbrik edirik. Eyni zamanda qalib gəlməyən namizədləri də cəsarətlərinə görə təbrik edirəm. Azərbaycan xalqına isə seçkilərdə fəallıq nümayiş etdirdikləri görə təşəkkür edirəm".

TBMM-in üzvü Orhan Erdem deyib ki, seçki günündə müşahidəçilər iki qrupa ayrılaraq Bakı və Sumqayıt şəhərlərində prosesi izləyiblər: "Seçki məntəqələrində heç bir polis, əsgər və rəsmi geyim forması geyən bir şəxs görmədim. Bu da insanlara bir rahatlıq verirdi. Seçkilər Azərbaycan xalqına xeyirli olsun. Məlumdur ki, Azərbaycanda çox layiqli gənclər yetişir və namizədlərin siyahısında gənclərin sayının çox olmasından məmnunuq"

 

TBMM-in üzvü Yunus Kılıç bildirib ki, Azərbaycanda keçirilən seçkilərdə türkiyəli müşahidəçilər həmişə iştirak ediblər: "Seçkiyə hazırlıq dövründə də müəyyən işlərlə tanış olmuşuq. Hesab edirəm ki, namizədlərin sayının çox olması, 20-yə yaxın partiyanın seçkidə iştirakı seçkinin obyektiv və rəqabətli şəraitdə keçdiyini deməyə əsas verir. Eyni zamanda seçki məntəqələrində kameraların olması, müşahidəçilərin prosesi istənilən yerdən izləyə bilməsi, seçicilərin istənilən kabinədə səs verə bilməsi çox gözəl haldır. Əslində, Azərbaycanın seçkiyə çox sayda beynəlxalq müşahidəçi dəvət etməsi onun açıq ölkə olduğunu, hər şeyin şəffaf olduğunu göstərir. Məntəqələrdə heç kim heç kəsin işinə qarışmırdı, amma hər kəs prosesi müşahidə edə bilirdi. Namizədlər seçkiyə qədər ev-ev gəzərək özlərini tanıdıblar. Burada da bir demokratik davranış var".

TBMM-in üzvü İbrahim Aydemir Azərbaycanın Türkiyə üçün çox dəyərli ölkə olduğunu xüsusi vurğulayıb: "Burada proseslərin normal keçməsi bizi sevindirir. Biz seçkilərdə də ancaq Azərbaycanın iftixar duya biləcəyi bir şərait gördük. Bəzi ölkələr Azərbaycandan dərs almalı, mənfi baxışlarını kənara qoymalıdırlar".

TBMM-in üzvü Uğur Bayraktutan məntəqələrdə kameraların olmasını, seçicilərin sərbəst səs verə bilməsini, polislərin məntəqələrdə olmamasını çox müsbət hal kimi dəyərləndirib: "Biz daha bir uğur qazanan Azərbaycanı tərk edərək Türkiyəyə geri dönəcəyik. Azərbaycanın yolu uğurlu olsun".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR