Dərc edildi: Baxış sayı: 1987
Türkiyəli hərbçilərin vurulmasının əsl səbəbi bu imiş - Əsədin şok planı üzə çıxdı
Rusiyanın “Novaya Gazeta” nəşri maraqlı iddia ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, qəzetdə dərc olunan məqaləyə görə, Suriya hökuməti İdlib vilayətində türkiyəli hərbçiləri hədəfə alaraq təxribat törətməklə Ankara və Moskvanı qarşı-qarşıya qoymaq istəyir. Müəllifin sözlərinə görə, Dəməşq adminstrasiyası yaxşı başa düşür ki, Türkiyəni İdlibdən təkbaşına çıxara bilməyəcək.
Bu üzdən gərginlik yaradaraq, Ankaranı Moskva ilə üz-üzə gətirmək istəyirlər. Müəllifə görə, Suriya hökuməti uzun müddətdir bu plan üzərində çalışır.
Anar Türkeş
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət