Slimfit
  1. MARAQLI

Türkiyədən olan müəllim cütlük Azərbaycana dəstək üçün nişan üzüyünü göndərdi

Türkiyədən olan müəllim cütlük Azərbaycana dəstək üçün nişan üzüyünü göndərdi
Sakura

Kahramanmaraşlı müəllim Ermənistanın işğal etdiyi torpaqları azad etmək üçün Azərbaycan ordusunun başlatdığı əməliyyatı dəstəkləmək üçün nişan üzüyünü göndərdi

Ens.az TRT Haber-ə istinadən xəbər verir ki, Azərbaycanın Gəncə şəhərinin bombalanmasından çox təsirlənən Uhud və Gamze Polat cütlüyü Azərbaycanın Ankaradakı səfirliyinə məktub yazıb.

Uhud Polat məktubun içərisinə türk bayrağı və 2017-ci ildə taxılan nişan üzüyünü də qoyub.

Polat jurnalistlərə açıqlamasında bildirib ki, Gəncə şəhərinə atılan bombanın acısını Azərbaycan vətəndaşları ilə birlikdə yaşayır.

Azərbaycan xalqının yanında olmaq və Türkiyənin dəstəyini göstərə bilmək adına həyat yoldaşı ilə məktub yazmaq qərarını verən Polat bunları bildirib:

“Məktubun içərisinə də şanlı bayrağımızı və nişan üzüyümüzü qoymaq istədim. Varımızla, yoxumuzla sizin yanınızdayıq – demək istədik. Məktubu göndərdikdən sonra səfir Xəzər İbrahim zəng etdi və yazdığım məktubdan çox təsirləndiyini, duyğulandığını bildirdi. Nişan üzüyünü təkrar geri qaytarmaq istədilər, amma mən onu Azərbaycan ordusuna göndərdiyimi, qəbul etməyəcəyimi dedim. Bu ona çox xoş təsir bağışladı. Biz elə millətik ki, keçmişdə Bosniyalı qardaşlarımız da bizim üçün eynisini etmişdilər. Azərbaycanlı qardaşlarımız bizə eyni köməyi etdilər. Biz də minnətdarlığımızı yazmaq istədik”.

Polat göndərdiyii hədiyyənin bir simvol olduğunu bildirərək, Azərbaycanın daxilində olan vəziyyətdən ən qısa zamanda çıxması üçün dua etdiklərini dilə gətirdi.

Aşağıda səfirimizin çıxışını da qeyd edirik:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR