Slimfit
  1. TÜRKİYƏ

Türkiyədən Azərbaycana daha bir qardaşlıq nümunəsi

Türkiyədən Azərbaycana daha bir qardaşlıq nümunəsi
Sakura

Türkiyədən Azərbaycana daha bir qardaşlıq nümunəsi

İstanbulun yeni hava limanından həyata keçiriləcək ilk reyslərin istiqamətləri açıqlanıb.

Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Türkiyə Hava Yolları”nın baş direktoru Bilal Ekşi yeni hava limanından ilk uçuşun 31 oktyabrda baş tutacağını açıqlayıb.

İlk reys ölkə daxilində Ankaraya, xaricdə isə Azərbaycana və Şimali Kiprə yerinə yetiriləcək.

Direktorun sözlərinə görə, üçüncü hava limanında işlərin təqribən 90 faizi başa çatıb və 29 oktyabra qədər bütün işlər yekunlaşdırılacaq:

“Atatürk hava limanından daşınma 31 oktyabrda yerli vaxtla gecə saat 02:00-da başlayacaq və 12 saat davam edəcək. Daşınmada 800 TIR istifadə ediləcək. 120 təyyarə boş olaraq yeni hava limanına hərəkət edəcək. Ölkə xaricindəki təyyarələr isə İstanbula qayıdarkən birbaşa yeni hava limanına enəcək.

Qeyd edək ki, Atatürk hava limanı “Millət baxçası”na çevriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR