Dərc edildi: Baxış sayı: 438
Türkiyədə yenidən güclü zəlzələ oldu
Türkiyənin Manisa vilayətinin Qırxağac qəsəbəsində 4,3 bal gücündə zəlzələ olub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.
Qeyd edək ki, ötən gün Türkiyənin Hatay vilayətində də ilk 4,7, daha sonra da 4 bal gücündə zəlzələ baş verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət