Slimfit
  1. GÜNDƏM

Türkiyədə yaşayan azərbaycanlı gənclər ağır durumda

Türkiyədə yaşayan azərbaycanlı gənclər ağır durumda
Sakura

Türkiyədə yaşayan azərbaycanlı gənclər ağır durumda

Pandemiya ilə əlaqədar sərhədlərin bağlanması nəticəsində vətənlərinə dönə bilməyən azərbaycanlılarla bağlı problemlər davam edir. Ens.az saytına Türkiyədə yaşayan bir qrup gənclər tərəfindən videomüraciət daxil olub. Onlar İstanbulda yerləşən Azərbaycan konsulluğunun qarşısından yayımladıqları videoda ağır durumda olduqlarını bildiriblər. 

Məsələ ondadır ki, həmin gənclər karantin rejimi sərtləşdikdən sonra vətənə qayıda bilmədikləri üçün artıq 2 aydan çoxdur ki, Türkiyədə qalmalı olublar. Kirayə qaldıqları evə ödəniş imkanları olmadığı üçün onlardan tezliklə yaşadıqları mənzili tərk etmələri tələb olunub. Başqa çıxış yolları qalmayan həmyerlilərimiz dövlətimizin rəsmi təmsilçisi- Azərbaycan Respublikasının konsulluğuna birbaşa gedərək bir neçə dəfə müraciət ediblər. Təəssüf ki, onlara artıq neçənci dəfədir ki, kömək olunmayacağını, bu məqsədlə dövlətin vəsait ayırmadığı bildirilib.

Hələ bir ay öncə də analoji məzmunda dövlət rəsmilərinə müraciət yayımlayan bu gənclər dövlət başçısına, Heydər Əliyev Fonduna üz tutaraq Azərbaycana gələ bilmələri üçün yardım etmələrini xahiş ediblər.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR