Slimfit
  1. TÜRKİYƏ

Türkiyədə toylarda yemək və rəqs qadağan edildi

Türkiyədə toylarda yemək və rəqs qadağan edildi
Sakura

Türkiyədə toylarda yemək və rəqs qadağan edildi

Türkiyənin koronavirusa yoluxma sayında yenidən artım müşahidə edilir. Məhz bu səbəbdən bu gündən etibarən Türkiyədə yenidən məhdudiyyətlər tətbiq olunacaq.

Daxili İşlər Nazirliyinin yeni qərarına əsasən Adana, Ankara, Ağrı, Bursa, Çorum, Diyarbakır, Erzurum, Gaziantep, Kayseri, Konya, Mardin, Şanlıurfa, Van və Yozqatda toy, xına, nişan mərasimləri bir saatdan artıq keçirilməyəcək. Toy və nikah zamanı yemək verilməyəcək, həmçinin rəqslər qadağan olunacaq.

Bəylə gəlinin birinci dərəcəli qohumları istisna olmaqla 65 yaş və ondan yuxarı, eləcə də 15 yaşdan aşağı şəxslərin toylara gəlişi qadağandır.

Məclislərdə maska və sosial məsafə qaydalarına əməl olunması vacibdir.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR