Dərc edildi: Baxış sayı: 672
Türkiyədə qadınların hərbi xidmət keçməsi təklif olunub
Türkiyənin Millətçi Hərəkat Partiyası (MHP) orduda qadınların da hərbi xidmət keçməsi təklifi ilə çıxış edib.
Trend-in məlumatına görə, bu təklifi parlamentin iclası zamanı bir neçə deputat səsləndirib.
Deputatlar bildirib ki, Türkiyənin hər bir vətəndaşı orduda xidmət etməlidir: “Türk qadınlarının hərbi xidməti üçün hər bir şərait yaradılmalıdır”.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar hərbi xidmətdə yeni sistemin yaradıla biləcəyini demişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət