Slimfit
  1. DÜNYA

Türkiyədə koronavirusdan ölənlərin sayı 1 400-ü ötdü

Türkiyədə koronavirusdan ölənlərin sayı 1 400-ü ötdü
Sakura

Türkiyədə koronavirusdan ölənlərin sayı 1 400-ü ötdü

Türkiyədə daha 107 nəfər pandemiyanın qurbanı olub.

Report”un məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 403 nəfərə çatıb.

"Bu gün 33 070 test keçirilib, 4 062 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 65 111 nəfərdir. Bu gün daha 842 pasiyent sağaldı, ümumi say 4 799 nəfərdir", - nazir deyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 968 000-i ötüb. Bunların 464 456 nəfəri sağalıb, 123 783 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR