Dərc edildi: Baxış sayı: 506
Türkiyədə koronavirus hüquq-mühafizə işçiləri arasında sürətlə yayılır
Türkiyədə koronavirus sürətlə yayılmaqda davam edir.
Sondakika.com xəbər verir ki, ölkədə artıq 15 polis işçisi virusa yoluxub.
Onlardan ikisi polis rəisidir.
Koronavirusa yoluxan polislərin 10-u İstanbul, digərləri isə Sakarya, İzmir, Samsun və Rizədə xidmət edənlərdir.
Öskürək, hərarət və halsızlıqla xəstəxanaya çatdırılan hüquq-mühafizə işçilərinin vəziyyətlərinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, Türkiyədə 5698 nəfərin koronavirusa yoluxduğu qeyd edilir.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət