Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Qarabağ Universitetinin bu fakültələri köçürüləcək

Qarabağ Universitetinin bu fakültələri köçürüləcək
Sakura

Qarabağ Universitetinin bu fakültələri köçürüləcək

Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşaya köçürüləcək.

Ens.az APA-ya istinadla xəbər verir ki, bu sözləri Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda keçirilən seminar çərçivəsində təşkil olunmuş Qarabağ Universitetinə media-tur zamanı universitetin rektoru Şahin Bayramov deyib.

O qeyd edib ki, 6 fakültə, 27 ixtisas üzrə Qarabağ Universitetində ölkəmizin bütün regionlarından gənclər təhsil alır:

“1154 tələbə ilə təhsil prosesinə start vermişik. Bu, çox yüksək rəqəmdir. Universitetə qəbul olan tələbələrin ortalama balı 470-dir. Müasir tipli universitet, akademik məzmun, tədqiqatyönümlü mühit yaratmaq arzusundayıq”.

Rektor universitetin Aqrar fakültəsinin Xocalı şəhərində açılmasının nəzərdə tutulduğunu da vurğulayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR