Slimfit
  1. SİYASƏT

Ərdoğan və Paşinyan Azərbaycanla sülh müqaviləsini müzakirə ediblər

Ərdoğan və Paşinyan Azərbaycanla sülh müqaviləsini müzakirə ediblər
Sakura

Ərdoğan və Paşinyan Azərbaycanla sülh müqaviləsini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki "Türk Evi"ndə Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.

Oxu.Az Sputnik-ə istinadən xəbər verir ki, görüşdə iki ölkənin münasibətlərində normallaşma, Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin yeni dövrdə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına tərəfdar olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib.

Türkiyə lideri Ankara ilə İrəvanın ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etdiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini vurğulayıb.

Ərdoğan Paşinyana özünün müəllifi olduğu "Daha ədalətli bir dünya mümkündür" kitabını hədiyyə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR