Slimfit
  1. DÜNYA

Türkiyədə işçilər sosial media paylaşımlarını “boss”larından gizləyir

Türkiyədə işçilər sosial media paylaşımlarını “boss”larından gizləyir
Sakura

Türkiyədə işçilər sosial media paylaşımlarını “boss”larından gizləyir

“Kasperksy Lab” tərəfindən hazırlanan “Qlobal Gizlilik Hesabat”ına görə, Türkiyədə istifadəçilərin təxminən 1/3-i (35%-i) sosial mediadakı paylaşımlarını “boss”larından gizlətməyə üstünlük verir. İş yerindəki bu gizlilik iş yoldaşlarına da sirayət edir. Qonşu ölkədə istifadəçilərin 60%-i paylaşımlarını birlikdə işlədikləri şəxslərin də görməsini istəmir.

Bir işçi həyatının təxminən 13 il 2 aylıq bir dövrünü iş yerində keçirir. Maraqlıdır ki, bu vaxtın hamısı işlə maraqlanmaq və ya vəzifə almaqla keçmir. İstifadəçilərin təxminən 2/3-i (64%-i) hər gün iş yerindən iş ilə bağlı olmayan veb saytlara daxil olduğunu deyir.

Ölkədə çalışanların təxminən 1/5-i (19%-i) işverənlərin onların hansı saytlara daxil olmasını bilməsini istəmir. Ən maraqlısı isə odur ki, 60%-lik qism isə internetdə nə etdiklərinin iş yoldaşlarının da bilməsini istəmir.

İşçilər şirkətin imicinə zərər verməkdən və azalan performans səbəbindən şirkətin çalışanlara aid sosial media hesablarını analiz edib karyera qərarlarını buna görə verəcəklərindən qorxurlar. Şirkətlərin belə siyasəti səbəbidən ölkədə istifadəçilərin 35%-i sosial media hesablarını “boss”larına göstərmir. 43%-i isə bu məlumatları iş yoldaşlarına belə vermir.

25%-lik bir qism isə mesaj və e-poçtlarının kontentini işverənlərə göstərməyə qarşıdır. Buna əlavə olaraq, araşdırmaya Türkiyədən qatılan 5% sorğu iştirakçısı deyib ki, şəxsi məlumatlarının sizması səbəbindən karyeraları böyük zərər görüb. Buna görə də, insanlar şirkət içində etibar qazanmağa və iş yerindəki əlaqələri zədələməməyə çalışır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR