Slimfit
  1. DÜNYA

Türkiyədə iki İran casusu belə yaxalandı

Türkiyədə iki İran casusu belə yaxalandı
Sakura

Türkiyədə iki İran casusu belə yaxalandı

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Türkiyənin Van vilayətində İrana məxsus casus şəbəkəsi ifşa olunub.

Milli İstihbarat Təşkilatı və polisin Van bölgəsində keçirdiyi birgə əməliyyat nəticəsində ikisi İran vətəndaşı olmaqla səkkiz nəfər saxlanılıb.

Onlar iranlı keçmiş hərbçini ölkəsinə qaçırmağa cəhd göstərərkən həbs olunublar.

Əməliyyat sentyabrın 24-də keçirilsə də, bu barədə yalnız indi məlumat verilib.

Bildirilib ki, İran vətəndaşları 30 min dollarlıq büdcə ilə bölgədə casus şəbəkəsi qurublar. Onlar şəbəkəyə altı nəfər Türkiyə vətəndaşını cəlb ediblər. Şəbəkə iranlı keçmiş hərbçini ölkəsinə qaçırmaq barədə təlimatı İran kəşfiyyatından alıb. Əməliyyata yardım üçün hərbçinin həyat yoldaşına 10 min dollar təklif edilib, imtina edəcəyi halda xanım İrandakı ailə üzvlərinə zərər veriləcəyilə təhdid olunub.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR