Türkiyədə siqaretlə mübarizə çərçivəsində turizm obyektlərində normativlər sərtləşdiriləcək
Türkiyədə siqaretlə mübarizə çərçivəsində turizm obyektlərində normativlər sərtləşdiriləcək.
Oxu.Az xəbər verir ki, bununla bağlı “ATOP” məlumat yayıb.
Türkiyənin hakim partiyası yeni qanun layihəsi hazırlayıb. Layihəyə əsasən, turizm obyektləri siqaret çəkilməsinin icazə verildiyi nömrələrin sayını 30 faizədək azaltmalıdır.
Sənəd müzakirə üçün payızda türkiyəli deputatlara təqdim olunacaq. Əgər qanun qəbul edilsə, 2019-cu ildən qüvvəyə minəcək.
Turoperatorlar hesab edir ki, yeni qanun rusiyalı turistləri qorxutmayacaq.
Birincisi, hotellərdə artıq bununla bağlı qadağa tətbiq edilir. İkincisi isə, siqaretin qadağan olunması turistlərin rahatlığına təsir etmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət