Dərc edildi: Baxış sayı: 463
Türkiyədə dollar bahalaşdıqdan sonra ölkədə yanacağın da qiymətində artımlar müşahidə olunur
Türkiyədə dollar bahalaşdıqdan sonra ölkədə yanacağın da qiymətində artımlar müşahidə olunur.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumat Türkiyə Enerji Neft Qaz Doldurma Stansiyaları İşəgötürən Həmkarlar İttifaqının (EPGİS) “Twitter” sosial şəbəkəsindəki hesabında qeyd olunub.
Vurğulanıb ki, ölkədə yenə də benzinin və digər yanacaq növlərinin istehlak vergisi artıb. Qərar bu gecə qəbul olunub.
Yeni qərara görə, Türkiyədə benzinin litri 51 kuruş (təxminən 13 qəpik), dizel yanacağı 56 kuruş (təxminən 15 qəpik) və sıxılmış qaz isə 28 kuruş (təxminən 8 qəpik) bahalaşıb.
Qeyd edək ki, ötən ay da Türkiyədə yanacaq bahalaşmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət