Dərc edildi: Baxış sayı: 357
Türkiyədə baş verən yanğın daha 10 fabrikə keçdi
Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda sənaye zonasında fabrikdə baş verən yanğın daha da güclənib.
Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, küləyin təsiri ilə ətrafa yayılan yanğın meşə məhsulları fabriklərini də bürüyüb.
Hazırda təxminən 10 fabrik yanır. İnegöl və ətraf rayonlardan çoxlu sayda yanğınsöndürən hadisə yerinə göndərilib. Bölgədə zaman-zaman partlayışlar meydana gəlir.
Ehtiyat tədbiri olaraq yaxınlıqdakı fabriklər boşaldılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət