Dərc edildi: Baxış sayı: 454
Türkiyədə 41 vilayətin valiləri dəyişdirildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 41 vilayətində valilərin dəyişməsini təsdiq edib.
Ens.az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə qərar Türkiyənin rəsmi qəzetində dərc edilib.
Valilərdən 23-ü digər vilayətlərə keçirilib, 18 nəfər isə azad edilib. Onlardan 17-i mərkəzi aparatda iş üçün çağırılıb. Muğla vilayətinin valisi Esengül Civelek Türkiyə prezidentinin baş müşaviri təyin edilib.
Vali dəyişikliyi İzmir, Antalya, Konya, Diyarbəkir kimi vilayətlərə də şamil edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət