Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Gələn il Qarabağ və Azərbaycan-Türkiyə Universitetləri üçün ümumilikdə 27 milyon manat vəsait ayrılacaq

Gələn il Qarabağ və Azərbaycan-Türkiyə Universitetləri üçün ümumilikdə 27 milyon manat vəsait ayrılacaq
Sakura

Gələn il Qarabağ və Azərbaycan-Türkiyə Universitetləri üçün ümumilikdə 27 milyon manat vəsait ayrılacaq

Gələn ilin dövlət büdcəsindən Qarabağ Universitetinin fəaliyyətinin 2025-ci ildə təmin edilməsi məqsədilə 17 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub.

Universitetdə növbəti tədris ilindən etibarən 2500-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.

Həmçinin Azərbaycan-Türkiyə Universitetinin fəaliyyətinin növbəti ildə də təmin edilməsi məqsədilə 10 milyon manat vəsait proqnozlaşdırılıb.

Bunlarla yanaşı, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial- iqtisadi inkişaf Strategiyası sənədinə uyğun olaraq ali təhsildə əlçatanlığın və keyfiyyətin artırılması, beynəlxalq rəqabətliliyin təmin edilməsi üçün keyfiyyəti ilə seçilən universitetlərdə və ya prioritet ixtisaslarda SABAH proqramları üzrə tədrisin təşkili (yeni tədbir) ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə 10 milyon manat nəzərdə tutulub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR