Slimfit
  1. İQTİSADİYYAT

Növbəti il üzrə dövlət büdcəsindən həssas təbəqələrin xərclərinə 2 milyard 600,2 milyon manat vəsait ayrılacaq

Növbəti il üzrə dövlət büdcəsindən həssas təbəqələrin xərclərinə 2 milyard 600,2 milyon manat vəsait ayrılacaq
Sakura

Növbəti il üzrə dövlət büdcəsindən həssas təbəqələrin xərclərinə 2 milyard 600,2 milyon manat vəsait ayrılacaq

2025-ci ildə Azərbaycanın dövlət büdcəsindən həssas təbəqələrin xərclərinə 2 milyard 600,2 milyon manat vəsait ayrılacaq.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcə zərfində qeyd edilib.

Bu xərclər əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün nəzərdə tutulub.

Bu xərclərin strukturuna yașa, əlilliyə, ailə başçısının itirməyə və digər sosial müavinətlərin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan șəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Azərbaycan Prezidentinin təqaüdlərinin maliyyələșdirilməsi üçün 1 milyard 942,9 milyon manat (2024-cü ilə nisbətən 55,4 milyon manat və ya 2,9 faiz çox), ünvanlı dövlət sosial yardımların verilməsi üçün 457,3 milyon manat, "Azərbaycan Respublikası Məșğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nin icrası olaraq işsiz şəxslərin məșğulluq imkanlarının artırılması məqsədilə haqqı ödənilən ictimai işlərlə bağlı xərclər üçün 200 milyon manat daxildir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR