Dərc edildi: Baxış sayı: 457
Türkiyə yenə silkələndi: Beş dəqiqədə beş zəlzələ
Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda beş dəqiqə ərzində beş zəlzələ qeydə alınıb.
Bu barədə “HaberGlobal” Kandili Rəsədxanası və Zəlzələ Tədqiqat İnstitutuna istinadla məlumat yayıb.
Bildirilir ki, ilk zəlzələ yerli vaxtla saat 04:27-də dörd bal gücündə və yerin yeddi kilometr dərinliyində qeydə alınıb.
Sonra 04:28-də 3,4 gücündə zəlzələ baş verib. Bundan sonra isə 04:32-yə qədər üç ardıcıl zəlzələ olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət