Slimfit
  1. TÜRKİYƏ

Türkiyə XİN: Həmsədrlər Ermənistana reaksiya verməlidir

Türkiyə XİN: Həmsədrlər Ermənistana reaksiya verməlidir
Sakura

Türkiyə XİN: Həmsədrlər Ermənistana reaksiya verməlidir

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ermənistan ordusunun Bərdə şəhərinə növbəti dəfə raket zərbələri endirməsi ilə bağlı bəyanat yayıb.

Ens.az APA-nın yerli bürosununa istinadən xəbər verir ki, bəyanatda Azərbaycanın münaqişə bölgəsindən kənarda yerləşən Bərdə şəhərinə dünənki hücumundan sonra Ermənistan ordusunun bu gün yenidən mülki əhalini raket atəşə tutması pislənilib.

“Bugünkü hücum nəticəsində 21 nəfər ölüb, 70-dən çox şəxs yaralanıb. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Bütün Azərbaycan xalqının başı sağ olsun. Ermənistanın uşaq, yaşlı, qoca demədən mülki əhaliyə qarşı bu alçaq hücumlarını insanlıqdan kənar hesab edir və ən ağır şəkildə qınayırıq”, - deyə qeyd olunub.

Bəyanatda o da bildirilib ki, Ermənistanın mülki insanları terror etmək və öldürmək üçün həyata keçirdiyi bu xain siyasət Xocalı soyqırımının davamıdır və onların xəstə düşüncəsinin təzahürüdür: “İşğal olunmuş ərazilərdən çıxmamaq üçün bütün vasitələrdən istifadə edən Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş şəkildə hərəkət edir. Bu son hücum, Ermənistanın törətdiyi və məsuliyyət daşıyacağı hərbi cinayətlər siyahısında xəcalət vəsiqəsi olaraq yerini alıb”.

Bəyanatda daha sonra qeyd olunub ki, beynəlxalq ictimaiyyətin, xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistana lazımi reaksiya verməsinin vaxtı çatıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR