Dərc edildi: Baxış sayı: 582
Türkiyə Superliqasında komanda sayı artırıldı
2021/2022 mövsümündə Türkiyə Superliqasında 20 komanda mübarizə aparacaq.
"Report" "NTV Spor"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir deyib.
70 yaşlı funksioner bildirib ki, 2020/2021 mövsümün sonunda 21 klubdan 4-ü elitanı tərk edəcək. Əvəzində isə I liqadan 3 komanda yüksək dəstəyə çıxacaq və Super Liqa iştirakçılarının sayı 20 olacaq.
Qeyd edək ki, Türkiyə çempionatında yeni mövsümə sabah "Rizespor" - "Fənərbağça" matçı ilə start veriləcək.
Koronavirus pandemiyası səbəbdən bu mövsüm Super Liqada 21 komanda iştirak edəcək. Bunadək yerli çempionatda klub sayı 18 idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət