Slimfit
  1. SİYASƏT

Türkiyə səfiri Qubada

Türkiyə səfiri Qubada
Sakura

Türkiyə səfiri Qubada

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşəbbüsü ilə Türkiyənin Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı Quba rayonuna səfər edib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  səfər çərçivəsində C.Bağçı bir qrup Türkiyəli iş adamları ilə birgə Quba şəhərində “Soyqırımı Memorial Kompleks”ini ziyarət edib. İlk öncə soyqırım qurbanlarının xatirəsinə ucalmış abidənin önünə gül-çiçək dəstələri düzülüb, daha sonra səfir və digər qonaqlara erməni vandallarının 1918-ci ildə Azərbaycanda törətdikləri insanlığa sığmayan vəhşilikəri haqqında ətraflı məlumat verilib.

Görüşün sonunda Kompleks tərəfindən hazırlanan təbliğat və tanıtım xarakterli kitab-albom, buklet, müxtəlif kitabçalar, flayer və digər çap məhsulları gələn ziyarətçilərə təqdim edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR