Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda səs verib
Türkiyədə keçirilən bələdiyyə seçkiləri yüksək seçici fəallığı şəraitində davam edir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan martın 31-də günorta saatlarına İstanbulun Üsküdar rayonunda Saffet Çebi orta məktəbindəki seçki məntəqəsində səs veriblər.
Dövlət başçısı səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib: “Səsvermənin gedişini müəyyən vaxta qədər İstanbulda izləyəcəyəm. İstanbulda mətbuat konfransından sonra Ankaraya gedəcəyəm”.
Türkiyə Prezidenti Malatya vilayətindəki seçki məntəqəsində namizədlərin tərəfdarları arasında baş verən silahlı münaqişə ilə bağlı bildirib: “Pütürgedəki hadisələrlə bizi narahat etdi. Belə bir hadisə baş verməməli idi”.
Günel Məlikova
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət