Slimfit
  1. DÜNYA

Türkiyə prezidenti Moskvaya yola düşdü

Türkiyə prezidenti Moskvaya yola düşdü
Sakura

Türkiyə prezidenti Moskvaya yola düşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə gedib. 

Report” “Anadolu”ya istinadən xəbər verir ki, onu Esenboğa hava limanından vitse-prezident Fuat Oktay, Ankara valisi Vasip Şahin, polis rəisi Servet Yılmaz və başqa rəsmilər yola salıb.

Ərdoğanı bu səfərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar, Maliyyə naziri Berat Albayrak, MİT başçısı Hakan Fidan, Kommunikasiya naziri Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının sözçüsü (AKP) Ömər Çelik, baş katibin müavini Mahir Ünal müşayiət edir.

Qeyd edək ki, martın 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşəcək. Görüşdə Suriyadakı vəziyyət müzakirə olunacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR