Dərc edildi: Baxış sayı: 724
Türkiyə ordusunun hərbçisi Suriya ərazisində şəhid olub
Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriya ərazisində anti-terror əməliyyatı həyata keçirən bölüyü hücuma məruz qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter”dəki səhifəsində məlumat verilib.
Məlumata əsasən, TSK-nın İdlibdəki 10 saylı müşahidə məntəqəsi Suriya hakimiyyətinin nəzarət etdiyi bölgələrdən top atəşinə tutulub.
Yerli KİV-lərin məlumatına görə, atəş nəticəsində Türkiyə ordusunun bir hərbçisi şəhid olub, üçü xəsarət alıb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət