Slimfit
  1. DÜNYA

Türkiyə ordusu İdlibdə rus PUA-larını vurdu?

Türkiyə ordusu İdlibdə rus PUA-larını vurdu?
Sakura

Türkiyə ordusu İdlibdə rus PUA-larını vurdu?

Suriyanın İdlib şəhərində ötən gün 2 PUA məhv edilib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bəzi mənbələr vurulan PUA-ların Rusiyaya məxsus olduğunu iddia edib.

İddiaya görə, PUA-lar Türkiyə Silahlı Qüvvələri tərəfindən raket zərbələri ilə vurulub. Ancaq hadisə ilə bağlı nə Rusiya, nə də Türkiyə rəsmi məlumat yayıb.

Bundan başqa, vurulan PUA-ların ölçülərinin böyük olması müəyyənləşib.

Bildirilib ki, bölgədə Rusiyaya məxsus bu böyüklükdə PUA-lar yoxdur.

ABŞ ordusuna məxsus mənbələr isə PUA-ların onlara məxsus olduğunu deyib:

“İdlibin şimalında uçan 2 PUA havada toqquşub. Hər iki PUA MQ-9 Reaper tipli olub. ABŞ bölgədə bu tipli PUA-lardan əməliyyatlar və kəşfiyyat məlumatları toplamaq məqsədilə istifadə edir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR