Slimfit
  1. DÜNYA

Türkiyə məhkəməsi: Vikipediaya qoyulan qadağa ifadə azadlığının pozulmasıdır

Türkiyə məhkəməsi: Vikipediaya qoyulan qadağa ifadə azadlığının pozulmasıdır
Sakura

Türkiyə məhkəməsi: Vikipediaya qoyulan qadağa ifadə azadlığının pozulmasıdır

Türkiyənin Konstitusiya Məhkəməsi cümə axşamı ölkədə iki ildən artıqdır Vikipediya onlayn ensiklopediyasına girişə qoyulan qadağının ifadə azadlığının pozulması olduğuna dair qərar qəbul edib.

Bu qərar 2017-ci ildən bəri Türkiyəni terror təşkilatları ilə əlaqədə olmaqda ittiham edən yazılar səbəbilə vebsayta qoyulan qadağanın ləğvinə yol açır.

Məhkəmə öz vebsaytında Konstitusiyanın 26-cı maddəsi altında qorunan "ifadə azadlığının" pozulduğuna qərar verdiyini bildirib.

Vikipediyanı yaradan Vikimedia Fondu adlı qeyri-kommersiya təşkilatı sayta tətbiq olunan bloka etiraz olaraq, Türkiyənin ən yüksək instansiyalı məhkəməsinə müraciət edib.

"Kədərlisi budur ki, biz ilk gündən bəri hər platformada Vikipediyadakı hər şeyə girişin bloklanması prosesinin qanunsuz olduğunu dəfələrlə dilə gətirmişik" -deyə, Vikimedianı təmsil edən vəkil Qonents Gurkaynak Twitter səhifəsində yazıb.

Vebsaytın istifadəçisi qismində məhkəməyə müraciət edən vəkil Yaman Akdenizin dediyinə görə, qərar 10-nun 6-ya səs çoxluğu ilə qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR