Dərc edildi: Baxış sayı: 545
Türkiyə mediası Şəkidən yazdı
Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Türkiyə mətbuatında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi, NTV və TRT Avaz kanalları və digər nüfuzlu xəbər mənbələri bu barədə türkdilli oxuculara ətraflı məlumat veriblər.
Qeyd edək ki, ümumiyyətlə Türkiyə KİV-lərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası geniş işıqlandırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət