Dərc edildi: Baxış sayı: 624
Türkiyə lirəsindən antirekord
Xarici valyutaların, xüsusilə dollar və avronun dəyərinin Türkiyə lirəsi qarşısında yüksəlməsi prosesi davam edir.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Türkiyə lirəsi (TL) xarici valyuta qarşısında dəyər itirir.
Dollar/TL məzənnəsində yeni tarixi pik qeydə alınıb. Türkiyə lirəsinin dollara qarşı məzənnəsi tarixdə ilk dəfə 1 dollar üçün 29 lirəni keçib. Həftənin ilk günündə dollar/TL məzənnəsi 29.0002-yə çataraq tarixi zirvəsini yeniləyib.
Avro/TL məzənnəsi isə 31,34-ə yüksəlib.
Son bir ayda məzənnə artımı 2,5 faizi ötüb. İlin əvvəlindən məzənnənin artım tempi 55 faizə çatıb.
Mənbə: Haber3.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət