Slimfit
  1. TÜRKİYƏ

Türkiyə kredit almaqda çətinliklərlə üzləşib - Çinə üz tutur

Türkiyə kredit almaqda çətinliklərlə üzləşib - Çinə üz tutur
Sakura

Türkiyə kredit almaqda çətinliklərlə üzləşib - Çinə üz tutur

"Kredit reytinqi təşkilatlarının tamamilə qərəzli hesabatları görə Türkiyə çətinliklər ilə qarşılaşıb".

FED.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Eləcə də bax: ABŞ-dan Türkiyəyə sanskiya

"Qarşılaşdığımız çətinlikləri aşmaq üçün xarici borc üçün Çin bazarına üz tuturuq. Bu istiqamətdə ilk dəfə Çin Yuanında istiqraz buraxacağıq", - deyən Ərdoğan, iqtisadi müharibə ilə üzləşdiklərini, Türkiyənin bu   müharibədən də qalib çıxacağını deyib.

Eləcə də bax: Türkiyədə qiymət artımında rekord

"15 İyul kimi hadisələrin hədəfində iqtisadiyyatımızın da olduğu həqiqətdir. İqtisadi müharibə ilə üzləşirik. Biz bu müharibədən də qalib çıxacağıq. Dövlət resursları vahid əldə toplaşaraq uzun müddətə illik 3-4 milyard lirə gəlir təmin olunacaq. Buradan millətimizə müraciət edirəm, gəlin yastıq altından valyutanızı çıxarın. Dollar, avro və qızılınızı çıxarın. Yerli və milli cavabınızı bütün dünyaya qarşı ortaya qoyun",- Türkiyə Prezidenti bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR