Slimfit
  1. İDMAN

Türkiyə klubunun Avropa Liqası oyununa azarkeş buraxılmayacaq

Türkiyə klubunun Avropa Liqası oyununa azarkeş buraxılmayacaq
Sakura

Türkiyə klubunun Avropa Liqası oyununa azarkeş buraxılmayacaq

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsindəki "Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə) matçı azarkeşsiz keçiriləcək.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, fanatlar martın 12-də Kopenhagendə olacaq görüşü koronavirus səbəbindən stadiondan canlı izləyə bilməyəcəklər. Virusun yayılmasının qarşısını almaq məqsədilə bu addımın atıldığı bildirilib.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya "Valensiya"sı ilə İtaliya "Atalanta"sı arasındakı cavab oyunu, həmçinin Avropa Liqasının 1/8 final mərhələsinin "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) görüşü də eyni səbəbdən azarkeşsiz baş tutacaq. 

Xatırladaq ki, Danimarkada koronavirusa 21 yoluxma halı aşkar olunub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR