Dərc edildi: Baxış sayı: 597
Türkiyə istehsalı olan “Ufuk” adlı gəmi suya buraxılıb
Türkiyənin milli gəmiçilik sənayesinin imkan və bacarıqları ilə istehsal edilən “Ufuk” adlı test və təlim gəmisinin suya buraxılma mərasimi keçirilib.
“Seanews.az” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində çıxış edib.
Prezident bildirib ki, “Ufuk” korveti böyük bir boşluğu dolduracaq və Türkiyənin dənizlərdəki görən gözü olacaq.
Qeyd edək ki, “Ufuk” ən müasir standartlara cavab verir. Gəmi təxminən 8600 kilovat gücə malikdir. Maksimum sürəti 18 uzelə bərabərdir. Bundan başqa, gəmi 10 tonluq vertolyot üçün göyərtəyə sahibdir. Ağır iqlim şəraitində 45 gün fasiləsiz dənizdə üzə bilən “Ufuk” təhlükəsizliyə yönəlik təhdidləri anında müəyyənləşdirə biləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət