Türkiyə ilə döyüşə hazırlaşırdı: Ankara arzusunu ürəyində qoydu
Fransa və Yunanıstan arasında müdafiə sənayesi əməkdaşlığı genişlənməkdə davam edir. “Rafale” döyüş təyyarələrindən sonra Yunanıstan Fransadan 3 ədəd “Bellharra” böyükhəcmli hərbi gəmi alacaq.
Ölkə.Az "DefenseİndustryST"yə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Yunanıstanla Fransa arasında üç gəmi üçün təxminən 3 milyard avro dəyərində müqavilə də imzalanıb. Hətta Fransada səfərdə olarkən Yunanıstanın baş naziri Kiryakos Miçotakis “Belharra” tipli hərbi gəmiləri istehsal edən zavodda olub.
Gəmilərin 2026-cı ilədək Yunanıstan Hərbi Dəniz Qüvvələrinin inventarına veriləcəyi gözlənilir.
Amma Türkiyə Yunanıstandan daha cəld hərəkət edərək özdaxili imkanları hesabına Belharra gəmiləri standartına uyğun MİLGEM (Milli Gəmi) Proqramı çərçivəsində gəmi inşa etməyə başladı. Bu yaxınlarda ilk gəmi hazır olacaq və Türkiyə Hərbi Dəniz Qüvvələrinə veriləcək. Bu döyüş gəmiləri İSTİF Sinif TCG İSTANBUL (F-515) freqatına bənzəyir. Türkiyə bu sinifdən daha 7 gəmi istifadəyə verəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət