Slimfit
  1. DÜNYA

Türkiyə Hərbi Hava Qüvvələri 6 yunan qırıcısını ələ keçirdi

Türkiyə Hərbi Hava Qüvvələri 6 yunan qırıcısını ələ keçirdi
Sakura

Türkiyə Hərbi Hava Qüvvələri 6 yunan qırıcısını ələ keçirdi

Türkiyə Aralıq dənizi üzərində Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus altı F-16 qırıcısını ələ keçirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Avqustun 27-də Yunanıstana məxsus altı F-16 təyyarəsi Kritdən Kipr Respublikasına doğru yola çıxaraq, Türkiyənin beynəlxalq NAVTEX bildiriş verdiyi bölgəyə yaxınlaşıb. F-16 qırıcılarımız onların bu bölgəyə yaxınlaşmalarının qarşısını aldı və bölgəni tərk etməyə məcbur etdi" - deyə məlumatda bildirilir.

Müdafiə Nazirliyi əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri Şərqi Aralıq dənizində ölkənin hüquq və mənafelərini qorumağa davam edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR