Slimfit
  1. DÜNYA

Türkiyə dünyanın ən nüfuzlu strukturundan çıxma təhlükəsi ilə üz-üzə

Türkiyə dünyanın ən nüfuzlu strukturundan çıxma təhlükəsi ilə üz-üzə
Sakura

"Wall Street Journal": "Türkiyənin NATO-dan çıxarılma vaxtı gəlib"

ABŞ ilə Türkiyə arasında yaşanan sanksiya böhranına dair ABŞ-ın "Wall Street Journal" qəzetində bir məqalə dərc olunub.

Sputnik Azərbaycan xəbər verir ki, məqalənin müəllifi fransalı Bernar-Anri Levidir. Lvy məqaləsində "Türkiyənin NATO-dan çıxarılma vaxtı gəlib" ifadəsini də işlədib.

Məqalədə deyilib ki, ABŞ-Türkiyə münasibətləri hazırda tarixlərinin ən pis böhranını yaşayır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini tələb edir. ABŞ prezidenti Donald Tramp isə Türkiyədə həbs olunmuş amerikalı rahib Endryu Bransonun azadlığa buraxılmasını istəyir. ABŞ hökuməti iki yüksək vəzifəli Türkiyə rəhbərliyinə qarşı iqtisadi sanksiya tətbiqinə qərar verib. Türkiyə də iki ABŞ hökumət üzvünün bu ölkədə mövcud olmayan varlıqlarını dondurmaqla cavab verib. 

Məqalə müəllifi böhrana görə iki ölkə liderini qınayıb və onları "bir pulun iki üzü" adlandırıb. Məqalədə qısa müddətdə Türkiyənin geri addım atacağı vurğulanıb. Müəllif Ərdoğanın "yeni Osmanlı" iddialarının da bu böhrana səbəb olduğunu bildirib. Məqalənin sonunda isə Levi "bir müddət əvvəl Türkiyənin Avropa Birliyinə qəbul olunması müzakirə olunurdu. İndi Qərbin bir girovu azad etməyi tələb etməsinin yox, Türkiyənin NATO-dan çıxarılmasını tələb etməyin vaxtı gəlib" yazır. 

Sözügedən mətbu orqanı ABŞ rəhbərliyinə yaxınlığı ilə tanınır və ona görə də son fikirlərin havayıdan ortaya atılmadığı aydındır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün 716 milyard dollar həcmində müdafiə büdcəsi layihəsini imzalayıb. Büdcə layihəsinin içərisində "F-35" beşinci nəsil qırıcı təyyarələrin Türkiyəyə tədarükünə mane olan bir maddə də yer alır. 

 

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, "F-35"-in Türkiyəyə tədarükünün dondurulmasına əsas olaraq rahib Bransonun və bəzi ABŞ vətəndaşlarının Türkiyədə məhbus olması və Rusiyadan S-400 hava müdafiə sisteminin alınması göstərilir.

ABŞ S-400 sisteminin NATO sistemi ilə uyğun olmaması və F-35 layihəsi detallarının Rusiyanın əlinə keçmə ehtimalını əsas göstərir. Hətta NATO nümayəndəsi Tod Volters Rusiya radardan yayınan bu təyyarələrin necə işlədiyini öyrənə bilər demişdi. Türkiyə isə bu iddialara qarşı çıxır, xüsusilə S-400-lərin alınmasının ABŞ və ya NATO maraqlarına zidd olmadığını deyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR