Türkiyə bufetlərindəki məhsullar möhürlənir — Bizdə vəziyyət necədir?
Bu ildən etibarən Türkiyədə məktəb qidası möhürü olmayan məhsulların bufetlərdə satışı qadağan olunub. Ölkənin Təhsil Nazirliyi bununla bağlı təhsil müəssisələrinə lazımi xəbərdarlıqları edib. Bundan başqa, ənənəvi olaraq şəkər məhsulları, qızartmalar, qazlı və energetik içkilərin satışı da birmənalı olaraq qadağandır.
Bəs ölkəmizdəki məktəblərdə vəziyyət necədir? Bufetlərdə hansı məhsulların satışına qadağalar var?
Bakı Şəhər Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda məktəb yaşlı uşaqların qidalanma təhlükəsizliyi prioritet məsələlərdəndir. Odur ki, kremli şirniyyat məmulatları (piroq və tortlar), ev şəraitində hazırlanmış qatıq, göbələk və ondan hazırlanan məhsullar, saqqız, çips, qayğanaq və energetik içkilərin ümumi təhsil və peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsi qadağandır:
Təhsil müəssisələrində iaşə xidməti Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” Qərarına, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə Dövlət Standartı”na və “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinin təsdiq edilməsi haqqında” Qərarına uyğun norma və qaydalara əsasən aparılır və daim nəzarətdə saxlanılır.
Müvafiq qaydaların tələbləri əsas götürülməklə, bir sıra məktəblərdə şagird və müəllimlərə isti yeməklər də təklif olunur. Məktəbin bufetinin sahəsi və maddi-texniki bazası imkan verdiyi halda isti yeməklər verilən təhsil müəssisələrinin sayı artırıla bilər.
“Təhsil haqqında” Qanunun 28.2. bəndinə əsasən təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Bu işdə uzun müddət təcrübəsi olan hüquqi və fiziki şəxslər ilə bağlanan birbaşa müqavilələr əsasında təhsil müəssisələrində iaşə xidməti göstərilir.
Son olaraq, ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında satışı qadağan olunmuş məhsulların siyahısını təqdim edirik:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət