Slimfit
  1. DÜNYA

Türkiyə bu vəziyyətdən yararlanacaq – Ekspert

Türkiyə bu vəziyyətdən yararlanacaq – Ekspert
Sakura

Dünyada beynəlxalq münasibətlərdə ciddi proseslər gedir və ABŞ-Türkiyə münasibətləri də bunun bir epizodudur

Dünyada beynəlxalq münasibətlərdə ciddi proseslər gedir və ABŞ-Türkiyə münasibətləri də bunun bir epizodudur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, bir çox siyasi məsələlər və yaranmış ziddiyyətlərdən dolayı ABŞ və Türkiyə münasibətlərinin düzəlməsi zaman alacaq:

“ABŞ-ın təkcə ənənəvi rəqibləri ilə deyil, son vaxtlar hətta müttəfiqi sayılan Avropa İttifaqı ilə münasibətləri də geriləyib. ABŞ-ın sərt siyasəti ilə üzləşən ölkələr artıq Türkiyəyə tərəf üz tutmağa başlayıblar. Rusiya, Çin, İran, Türkiyə, Almaniya, Fransa və bir sıra digər ölkələr ABŞ-a qarşı bir-birinə dəstək siyasətinə keçiblər. Əslində, bu müsbət haldır”.

Politoloq vurğulayıb ki, Türkiyə ABŞ-la yaranmış böhran fonunda öz daxilindəki vəziyyəti düzəltmək üçün xarici iqtisadi və siyasi əlaqələrinin inkişafı və bu istiqamətdə gördüyü işlərlə kifayətlənməməlidir:

“Bildiyiniz kimi, Türkiyədə xüsusi bir proqram qəbul olunub. Düşünürəm ki, daxili iqtisadi vəziyyəti tənzimləmək üçün Türkiyədə həyata keçiriləcək mühüm iqtisadi islahatlar nəticəsiz qalmayacaq. İlk növbədə ölkədə Mərkəzi Bankın daha müstəqil orqan kimi fəaliyyət göstərməsi istiqamətində atılan addımlar və daxili iqtisadi sistemin yenilənməsi öz müsbət nəticəsini verəcək. Xüsusilə də xarici siyasət və iqtisadi əlaqələrin inkişafının daxili iqtisadi islahatlarla uzlaşdırılması Türkiyənin bu böhranlı vəziyyətdən çıxmasına əlverişli şərait yaradacaq”.

Politoloq onu da qeyd edib ki, lirənin ucuzlaşmasının Türkiyə üçün müsbət tərəflərini də diqqətdən qaçırmamaq lazımdır:

“Bu, nəticə etibarilə dünya bazarında keyfiyyətli türk mallarının rəqabətliliyini artıracaq. Əslində, bu müsbət haldır və hesab edirəm ki, Türkiyə bundan yararlanacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR